Qızılın qiyməti bazar ertəsi günü yeni rekorda imza atıb – spot qiymətlər 2100 dollara çatıb. Həftə ərzində qızıl 4.3%, gümüş isə 6.2% artım göstərib. Noyabrın sonunda qızıl demək olar ki, 4% bahalaşıb.
Artımın əsas hərəkətverici amili Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauellin çıxışı olub. O, bazar iştirakçılarına uçot faiz dərəcəsinin artırılması siklinin başa çatması barədə işarə edib.
Analitiklər qızıl qiymətlərinin gələn il yeni zirvələrə çatacağını və geosiyasi qeyri-müəyyənlik, ehtimal olunan ABŞ dollarının zəifləməsi və mümkün aşağı faiz dərəcələri fonunda 2000 dollar səviyyəsindən yuxarı qala biləcəyini deyirlər.
FED-in sədri Cerom Pauell Atlantadakı Spellman kollecində iki tədbirdə çıxış edib. Bu, qızılın qiymətinə təsir göstərib.