23 C
Baku
Tuesday, July 15, 2025

Qızılın qiyməti Şimali Koreyanın nüvə sınağı fonunda artır

Banker.az xəbər verir ki, qızılın qiyməti Şimali Koreyanın nüvə silahı ilə həyata keçirdiyi sınaq fonunda artır.

Belə ki, bu gün səhər saatlarında Nyu-Yorkun Comex birjasında qızılın dekabr fyuçersinin qiyməti 12,66 dollara, yaxud 0,95% – 1 troy unsiyasına görə 1343 dollara qədər artıb. Qızıl 2016-cı ilin sentyabr ayında oxşar göstəricilərə sahib idi.

Bazar günü Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını sınaqdan keçirdiyini bəyan etmişdi. Belə bir sınağın keçirilməsi əmri ölkə lideri Kim Çen In tərəfindən verilmişdi. Şimali Koreya iddia edir ki, hidrogen döyüş başlığının sınaqdan keçirlməsi radiasiya sızmasına və yaxud ətraf mühitə mənfi təsirə səbəb olmayıb.

ABŞ, Yaponiya, Fransa, Böyük Britaniya və Cənubi Koreyanın  BMT yanında daimi nümayəndəlikləri sözügedən bu nüvə sınağı ilə bağlı təcili iclas keçirilməsini tələb edib.

İnvestorlar geosiyasi gərginliyin artması fonunda “təhlükəsiz” aktiv olaraq qızıla yatırım etməyə üstünlük verirlər.

Son xəbərlər
Digər xəbərlər