8 C
Baku
Monday, January 26, 2026

Qızılın qiyməti tarixdə ilk dəfə 5100 dolları keçib

“Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2026-cı ilin fevral ayı üçün tədarükü nəzərdə tutulan qızıl fyuçersinin qiyməti tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 5 100 dolları ötüb. Bu, ticarət platformasının məlumatlarından irəli gəlir.

Bakı vaxtı ilə saat 10:47-yə olan məlumata görə, qiymətli metalın qiyməti 2,54% artaraq bir troya unsiyası üçün 5 106,3 dollar təşkil edib. Saat 10:51-də isə qızılın qiyməti artım tempini sürətləndirərək 2,57% yüksəlib və bir troya unsiyası üçün 5 107,9 dollar səviyyəsinə çatıb.

Son xəbərlər
Digər xəbərlər