5 C
Baku
Monday, December 23, 2024

Qızılın qiyməti tarixdə ilk dəfə bir unsiya üçün 2750 dolları ötüb

Qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir unsiya üçün 2750 dolları ötüb. Sayt məlumatlarına görə, Bakı vaxtı ilə saat 15:10-da dekabr fyuçersləri bir unsiya üçün 2750.2 dollara çatıb, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

“Bloomberg” yazır ki, qızılın qiyməti Yaxın Şərqdə gərginliyin artması və ABŞ-də getdikcə genişlənən seçki mübarizəsi fonunda yüksəlir.

“Commonwealth Bank of Australia”nın analitiki Vivek Dharın fikrincə, qızıl fyuçersləri 2025-ci ilin dördüncü rübündə orta hesabla bir unsiya üçün 3000 dollara yüksələ bilər. O, “Bloomberg”ə bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltması dövrü ABŞ dollarını zəiflədəcək.

FED uçot faiz dərəcəsini 50 baza faizi azaldıb – illik 4.75–5%-ə qədər. 2023-cü ilin yayından bəri FED dərəcəni son 24 ildə ən yüksək olan 5.25-5.5% səviyyəsində saxlayıb.

Son xəbərlər
Digər xəbərlər