23 C
Baku
Saturday, April 27, 2024

Qızılın qiyməti tarixi maksimuma çatıb

Qızılın qiyməti 1.3% artaraq bir unsiya üçün 2141.79 dollara çatıb ki, bu da tarixi maksimum olub. Agentlik qeyd edir ki, təkcə son beş ticarət sessiyasında qızıl 100 dollar bahalaşıb. Əvvəlki rekord 2135.39 dollar/unsiya olub və 2023-cü il dekabrın 4-də qeydə alınıb.

Bloomberg yazır ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) əsas faiz dərəcəsini aşağı salmaq üçün hərəkətə keçə biləcəyi ilə bağlı fərziyyələr fonunda treyderlər arasında külçə qızıla maraq artıb. Agentlik qeyd edir ki, treyderlər 2024-cü ilin iyununda belə bir addımın 60 faiz ehtimalını görürlər. Yanvar iclasının sonunda FED uçot dərəcəsini 5.25-5.5% səviyyəsində saxlayıb.

Qızıla investisiyalar investorlar tərəfindən 2024-cü ilin əvvəlindən artan geosiyasi risklər fonunda aktivlərini qoruyub saxlamağın bir yolu kimi nəzərdən keçirilməyə başlayıb. Risklər arasında ekspertlər Yəmən husilərinin Qırmızı dənizdə gəmilərə hücumlarını, Çindəki iqtisadi problemləri, eləcə də ABŞ-da keçiriləcək prezident seçkilərini qeyd edirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər