17 C
Baku
Wednesday, October 1, 2025

Qızılın qiyməti tarixi maksimumu yeniləyərək 3900 dolları keçib

“Comex” əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək bir troy unsiyası üçün $3900 həddini keçib.

Bakı vaxtı ilə 06:05-ə olan məlumata görə, qiymətli metalın dəyəri bir troy unsiyası üçün $3 902.4 təşkil edib (+0.24%). Bakı vaxtı ilə saat 06:09-da isə qızılın qiyməti artımı sürətləndirərək bir troy unsiyası üçün $3 904.1 səviyyəsində ticarət olunub (+0.28%).

“Financial Timesın”ın sorğu keçirdiyi analitiklər və bazar iştirakçıları qiymətli metalın bahalaşmasının əsas səbəbi kimi Qərb investorlarının qızıl ilə təmin edilmiş birja fondlarına yatırımlarını göstərirlər.

Son xəbərlər
Digər xəbərlər