18 C
Baku
Monday, October 13, 2025

Qızılın qiyməti tarixi maksimumu yeniləyərək 4100 dolları keçib

“Comex”in məlumatına görə, qızıl fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək, bir troy unsiyası üçün 4100 ABŞ dollarını ötüb.

Analitiklər qiymət artımını inkişaf etməkdə olan ölkələrdə mərkəzi bankların iri qızıl alışları ilə əlaqələndirirlər. Bu ölkələr ABŞ dollarından asılılığı azaltmağa çalışırlar, “Bloomberg” yazır.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən etibarən geosiyasi və iqtisadi risklərə qarşı kapitalın etibarlı qorunma vasitəsi sayılan qızılın qiyməti təxminən 50% artıb.

Son xəbərlər
Digər xəbərlər