13 C
Baku
Saturday, November 23, 2024

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Qızılın qiyməti tarixi maksimumu yeniləyib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir. İyulun 16-da Çikaqo Ticarət Birjasında (CME) qızılın dəyəri Bakı vaxtı ilə saat 17:23-də 1.58% artaraq bir unsiya üçün 2 467.3 dollar təşkil edib.

Qeyd edək ki, qızıl qiymətlərində əvvəlki rekord mayın 20-də qeydə alınıb. Onda qiymətlər bir unsiya üçün maksimum 2449.89 dollara yüksəlib.

“Bloomberg” yazır ki, qiymətli metalın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot faiz dərəcəsini azaltması gözləntiləri və Donald Trampın prezident seçkilərində qalib gəlməsi ehtimalının artması səbəbindən yeni rekord həddə yüksəlib.

Ümumilikdə qiymətli metal il ərzində demək olar ki, 20% bahalaşıb. Böyük mərkəzi banklar tərəfindən əhəmiyyətli alışlar qızıl qiymətlərinin artmasına səbəb olub. Davam edən geosiyasi gərginliklər də qeyri-sabitlik dövründə ənənəvi olaraq investorlar tərəfindən təhlükəsiz sığınacaq kimi baxılan qiymətli metalı dəstəkləyib.

Son xəbərlər
Digər xəbərlər