16 C
Baku
Friday, November 22, 2024

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Qızılın qiyməti 0.28% artaraq 2 783.65 dollar səviyyəsinə çatıb. Bu, yeni tarixi rekord olub. Dekabr fyuçersləri 0.46% bahalaşaraq 2 794.35 dollara yüksəlib.

Qızılın kəskin bahalaşmasının səbəblərindən biri ABŞ-dəki prezident seçkiləridir. Belə ki, Donald Tramp və Kamala Harris arasındakı rəqabət günü-gündən şiddətlənir.

Eyni zamanda, rekord rallinin şərtləndirən digər amil ABŞ-də faiz dərəcələrinin azaldılması gözləntiləridir.

Qeyd edək ki, “Goldman Sachs” 2025-ci ilin sonunda qızılın qiymət proqnozunu 3080 dollardan 3000 dollara endirib. Bank həmçinin birja fondları (ETF) hesabına qiymətli metalın 7% artacağını gözləyir.

Son xəbərlər
Digər xəbərlər