13 C
Baku
Monday, April 21, 2025

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Qızılın qiyməti bazar ertəsi günü təxminən 2% artaraq tarixi maksimumu yeniləyib. Bakı vaxtı ilə saat 9:28-ə olan məlumata görə, “Comex” birjasında iyun ayı qızıl fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 64,45 dollar və ya 1,94% artaraq 1 troy unsiyası üçün 3392,85 dollara çatıb.

Gümüşün may fyuçersləri 1,05% artaraq 1 unsiya üçün 32,81 dollar olub.

Eyni zamanda, dollar indeksi 1,16% azalaraq 98,23 bənd təşkil edib. Dolların zəifləməsi digər valyuta sahiblərinin qızıla tələbini artırır.

 

Son xəbərlər
Digər xəbərlər