23 C
Baku
Wednesday, September 10, 2025

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Qızılın qiyməti artmaqda davam edir və tarixi maksimumu yeniləyərək həftənin əvvəlində keçirilən hərraclarda bir troya unsiyası üçün 3.6 min ABŞ dollarını ötüb.

Dünən Bakı vaxtı ilə saat 20:50-yə olan məlumata görə spot qiymət 3640.26 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışından 1.49% yüksəkdir. “Comex” birjasında dekabr fyuçerslərinin qiyməti 3677.2 dollara qədər qalxıb.

Artımın əsas amili ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələn həftə faiz dərəcəsini endirəcəyi gözləntiləridir. İlin əvvəlindən bəri qızılın qiyməti təxminən 38.5% artıb.

Son xəbərlər
Digər xəbərlər