15 C
Baku
Saturday, May 11, 2024

Qızılın qiyməti tarixi rekordunu yeniləyib

“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) ticarət zamanı iyun qızıl fyuçerslərinin qiyməti yenidən tarixi maksimuma çatıb. Bakı vaxtı ilə saat 01:03-ə olan məlumata görə, qızıl bir troy unsiyası üçün 2301 dollara (+1.94%) ticarət olunub. 
Ay ərzində qızılın qiyməti 11%-dən çox artıb və son üç gündə öz tarixi maksimumunu müntəzəm olaraq yeniləyib. Aprelin 1-i səhər saatlarında “Comex” birjasında iyun ayı qızıl fyuçerslərinin qiyməti 2286 dollara çatıb. Gümüşün qiymətləri də tarixi zirvələrə çatıb və unsiya üçün 26 dollara yaxınlaşıb. Fevralın sonundan etibarən metal demək olar ki, 15% bahalaşıb.
Son xəbərlər
 ⁠
Digər xəbərlər