Bir qayda olaraq, treyderlər fundamental təhlili qızıl və ya valyuta ilə deyil, birja ilə əlaqələndirirlər. Fond bazarın təhlilçiləri müəyyən şirkətlərin maliyyə hesabatlarını izləsələr də, qızıl bazarını analitikləri qiymətləri proqnozlaşdırmaq üçün makroiqtisadi amilləri, siyasi sabitliyi və rəqabəti izləyirlər.
LTInvest maliyyə kanalını qızılın qiymətinə təsir göstərən əsas beş amil göstərir:
- İnflyasiya
İnflyasiya qızılın qiymətinə təsir göstərsə də, güman edildiyi qədər yox. Qızıla sərmayə qoyanların əksəriyyəti əmindirlər: inflyasiyanın artsa, qızılın qiyməti qalxmalıdır. Buna baxmayaraq, uzun müddətdə inflyasiya ilə qızıl qiymətləri arasında güclü əlaqə yoxdur. Bunu ABŞ-dakı inflyasiyanın dinamikasını və qızıl qiymətlərini göstərən qrafikdən görmək olar.
Korrelyasiyanın olmamasının əsas iki səbəbi ola bilər:
- a) qızıl – xammal əmtəəsi deyil. Yəni neft və ya qara metallurgiya kimi sənaye sahələrində istifadə edilmir. Bu o deməkdir ki, qızıl valyutanın alıcılıq qabiliyyətinə fərqli reaksiya verir.
- b) İqtisadiyyatın və fond bazarının böyüməsi, qızılı gəlirlilik və investorların diqqəti uğurunda “mübarizə aparmağa” məcbur edir. Adətən belə dövrlərdə inflyasiya yüksək səviyyədə olur.
Unutmayaq ki, inflyasiya fərqli ola bilər: qiymət artımını stimullaşdıran və stimullaşdırmayan. Hər şey investorların güvən hissindən asılıdır. İnflyasiya böyümə və nikbinlik dövrü ilə müşayiət olunduğu halda, güvən səviyyəsi yüksək olur, nəticədə qiymət aşağı düşməyə başlayır. Və əksində, güvən hissi aşağı olduqda, qızılın qiymətində sürətli artım gözlənilə bilər.
- Valyuta məzənnəsinin dəyişməsi
ABŞ dolları və digər ehtiyat valyutalarla birlikdə qızıl da ehtiyat bazarının alətlərindən biridir. Buna görə, valyutaların birinin (məsələn, dolların) məzənnəsi digər ehtiyat valyutalara nisbətdə azalarsa, qızıl dəyərsizləşən valyutaya nisbətdə bahalaşır.
Qrafikdə ABŞ dolları indeksinin (ağ xətt) qızıl qiymətlərinin dinamikası (sarı xətt) ilə tərs mütənasib olduğu görünür.
3. Qlobal azalma riski
Müharibə və ya müharibə təhlükəsi investorlar üçün qeyri-müəyyənlik mənbəyidir. İnvestorların çox qorxduğu anlarda qızıl təhlükəsiz sərmayə rolunu yerinə yetirir. Bundan əlavə, müharibə bahalaşmaya səbəb olan bir sıra digər amillər, o cümlədən böyük xərclər, pul emissiyası, siyasi qeyri-sabitlik və zəifləyən valyuta ilə əlaqələndirilir.
Nümunə 1: Şimali və Cənubi Koreya arasındakı çaxnaşma, 2019-cu il 23 noyabr.
Nümunə 2 (son hadisələrdən): İran İslam Respublikasının generalının öldürülməsi və bundan irəli gələn digər hadisələr.
4. Faiz dərəcələri
Qızıl faiz dərəcələrinə qarşı həssasdır, çünki istiqraz və səhmlərdən fərqli olaraq real vaxtda gəlir gətirmir. Faiz dərəcələri ilə qızıl qiyməti arasında az nəzərəçarpan mənfi korrelyasiya müşahidə etmək olar: istiqrazların gəlirliliyi artdıqda, qızıl ucuzlaşır.
Məsələn, 2000-ci illərdə tənəzzül ilə mübarizə aparan FED, faiz dərəcələrini aşağı saldı və bu, investorları öz portfellərini qızıl hesabına diversifikasiya etməyə məcbur etdi. Buna oxşar vəziyyət 2018-ci ilin sonlarında qeydə alınmışdır. Qrafikdə qızılın qiymətinin (sarı xətt) və istiqrazların gəlirliliyinin dinamikası göstərilib.
- Tələb və təklif
Metalın dəyərinə təsirini qiymətləndirmək üçün ən çətin amildir. Mərkəzi banklar, BVF, böyük investorlar və fond bazarları bazara əhəmiyyətli dərəcədə təsir göstərirlər. Bu iştirakçıların hərəkətləri qızıl zərgərlik və investisiya alətlərinə olan tələbi dəyişdirir.
Bu əsas oyunçuların hərəkətlərinin uçotu, investor üçün mümkünsüz bir işdir. Bazar tarazlığı haqqında ümumi bir fikir formalaşdırmaq üçün qızıla olan tələbatın çox hissəsinin investisiya alətləri və zərgərlik arasında demək olar ki, bərabər paylandığını başa düşmək lazımdır.
Nümunə kimi Çin və Hindistanı göstərmək olar: hər iki ölkə son iki ildə qızıla sərmayə edən böyük oyunçulara çevriliblər və müvafiq olaraq qiymət artımına əlavə təsir göstərmiş olublar.
Sonda qeyd etmək istərdik ki, göstəricilərin və analitik vasitələrin sayının artması, investisiyaların gəlirliliyinə mütləq deyil ki, müsbət təsir göstərsin. Qızıl alternativ valyuta və təhlükəsiz investisiya rolunu oynayır. Bunu nəzərə alsaq, qızılın qiymətinə təsir göstərən fundamental amilləri ümumi bir problemə birləşdirmək olar: investorun qorxusu. İnvestor dedikdə, xırda və böyük investorlar, qorxu dedikdə isə iqtisadi artıma, siyasi sabitliyə və pul-kredit siyasətindəki pozuntulara qarşı olan güvən hissi nəzərdə tutulur.