6 C
Baku
Sunday, December 15, 2024

Qızılın unsiyası 100 dollardan çox ucuzlaşıb

Bildirildiyi kimi, qızılın unsiyası 100 dollardan çox ucuzlaşıb ki, bu da 2013-cü ildən bəri ən böyük azalmadır.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, mart ayından bu günə qədər qiymətli metalın qiymətində yalnız artım müşahidə edilib.

Bununla yanaşı, gümüş bazarındakı dəyişikliklər də təsirli olub.
Mütəxəssislərin verdiyi məlumata görə, itkilər təxminən 15% təşkil edib.

Əlbəttə, heç bir çöküş qəfildən baş vermir və bazar iştirakçılarının sözlərinə görə bunun əsas səbəbi ABŞ-ın borc bazarındakı dinamikadır.

Belə ki, dövlət istiqrazları üzrə gəlirlər bir həftədir artım göstərir, bu da qiymətli metallar bazarında satış dalğasına səbəb olan bir prosesdir.
Xatırladaq ki, iyul ayının sonunda qızılın qiyməti 2011-ci ilki rekordunu yeniləyib. Sonrakı eniş isə 2015-ci ilin payızına qədər davam edib.

Son xəbərlər
Digər xəbərlər