29 C
Baku
Thursday, July 25, 2024

Qızılın unsiyası $2 000-dən aşağıda “müvəqqəti sabitliyə” qovuşur – Bunun Azərbaycana nə təsiri var?

BANKER.AZ – Qızıl qiymətləri iki həftədən çox aşağı səviyyəyə çatdıqdan sonra cümə axşamı günü yüksəlib, lakin investorlar inflyasiya təzyiqlərini məhdudlaşdırmaq, onunla mübarizə aparmaq üçün mərkəzi bankların daha çox faiz artımına gedəcəyini ehtimal edirlər.

Spot (cari alğı-satqı) qızıl 0.1% bahalaşaraq bir unsiya üçün 1 994.83 dollar olub. ABŞ-nin qızıl fyuçersləri dəyişməyərək unsiyaya görə 2 006.30 dollar olub.

Dollar indeksi 0.1% ucuzlaşıb. Daha zəif dollar qızılı digər valyutalara sahib olan alıcılar üçün daha ucuz olması deməkdir.

Çərşənbə günü Nyu-York Federal Reserv Bankının prezidenti Con Uilyams inflyasiyanın hələ də problemli səviyyədə olduğunu və FED-in onu aşağı salmaq üçün hərəkətə keçəcəyini bildirib. Bu, özü-özlüyündə qızılın yuxarı qalmasını gələcəkdə əngəlləyən faktor ola bilər.

FOMC-un potensial qərarlarını ölçən “CME FedWatch” aləti bazar qiymətlərini may ayında 25 əsas bənd artım ehtimalı ilə 83.7% göstərib.

FED-in faiz artımı faiz gəliri təklif etməyən qızılın saxlanması üçün fürsət xərclərini artırır. Yəni treyderlər hər sessiya üçün qızılın bahalaşmasına mərc giriblərsə, onlara əlavə komissiya gəlir və günü-gündən artım ondan olan mənfəəti zərərə belə çevirə bilir. Çünki indiki şəraitdə investorlar qızıl üçün potensial “ayı bazarı” düşünür. Qiymətin yenidən 2020-ci ildəki 2070 dollar/unsiyaya yüksələcəyini ehtimal edirlər.

XAUUSD 2023 04 20 11 43 01

İqtisadçılar konsensuns düşünür ki, FED may ayında son 25 baza bəndlik dərəcə artımını açıqlayacaq və daha sonra 2023-cü ilin qalan hissəsi üçün dərəcələri sabit saxlayacaq.

İndi Qərbdə qeydə alınan inflyasiya dalğasının yenidən artımı və ya proqnozdan daha zəif olması ABŞ, İsveçrə, Avropa, İngiltərə mərkəzi banklarının faizlərdə pauza potensialını azaldır.

Britaniyanın istehlak qiymətləri inflyasiyası mart ayında ikirəqəmli 10.1%-də qaldı, Avro zonasında inflyasiya isə keçən ay azaldı, lakin əsas göstəricilər inadla yüksək olaraq qalır. İngiltərə Bankı və Avropa Mərkəzi Bankından daha çox faiz artımı gözləntiləri yüksəlib.

Spot gümüş 0.2% ucuzlaşaraq 25.21 dollar/unsiyaya, platin 0.8% ucuzlaşaraq 1 081.72 dollara, palladium isə 0.6% ucuzlaşaraq 1607,14 dollara düşüb.

QIZIL AZƏRBAYCAN ÜÇÜN NİYƏ VACİBDİR?

Azərbaycanın suveren fondu sayılan Dövlət Neft Fondu (ARDNF) 1-ci rübün sonuna investisiya portfelində bu qiymətli sarı metalı saxlamaqdadır. Qızılın bahalaşması məzənnə dəyişikliyində onun portfelində dollarla ifadədə yüksəlməsi, ucuzlaşması isə azalması deməkdir.

ARDNF-in fiziki çəkisi 101.8 tondur, yaxud 3 mln. 591 min unsiya). 1 ton qızıl 35 274 troya qızıldır. Cari durumda qızılın 2 000 dollar/unsiya olması ARDNF-in ABŞ valyutasında ifadədə $7.19 mlrd. olması deməkdir.

Digər tərəfdən qızıl həm də Azərbaycanın ixracyönümlü məhsuludur. Azərbaycan hasil etdiyi qızıldan təkcə 2022-ci ildə xaricə 5 min 482,68 kq qızıl ixrac edib, $185.25 milyon valyuta əldə edib.

Son xəbərlər
Digər xəbərlər