Qızılın vaxtı gəlib çatıb?

Qızıl mövzusu özünə hörmət edən heç bir maliyyə mütəxəssisinin diqqətindən kənarda qalmır və biz də istisna olmayacağıq. Marağın səbəbi sadədir: 2019-cu ildə qızılın qiyməti 17% artaraq 2011-ci ilin payızındakı ən yüksək səviyyəyə yaxınlaşdı.

Son illərdəki qiymət artımını başa düşmək üçün bundan kimin ehtiyacı olduğunu xatırlayaq. Neft, qaz, mis və kənd təsərrüfatı məhsulları kimi əmtəə bazarlarından fərqli olaraq, qızılın qiyməti təkcə istehsal və istehlakdan asılı deyil. 2019-cu ildə qızılın əsas istehlakçıları zərgərlik sənayesi (əsasən Hindistan və Çin) və elektronika dünyası olmuşdur. Dünyada qızıl istehlakının yarından çoxu bu sahələrin payına düşür. İnvestorlar qızılı diversifikasiya və qoruyucu aktiv kimi istifadə etmək məqsədi ilə alırlar ki, bu da ümumi istehlakın 30%-dir. Yerdə qalan 15% Mərkəzi Bankların payına düşür. 

Bəs indi nə baş verir? Qızıl bazarında iki güc bir-biri ilə mübarizə aparır. 

Bir tərəfdən, koronavirus pandemiyası istehlakçının tələbinə ciddi zərbə vurdu. Məsələn, may ayında Hindistana qızıl ixracı 99% azalıb. İnkişaf etməkdə olan ölkələrdə Mərkəzi Bankların qızıl alışları maliyyə bazarındakı dəyişkənlik və virusla mübarizədə artan xərclər fonunda həmçinin azalıb. 

Digər tərəfdən, investorlar böhran dövründə qoruyucu aktiv kimi qızıla yatırımlarını artırırlar və bu, uzun müddət ərzində belə davam edə bilər. 

2008-ci ildəki qlobal maliyyə böhranından sonra dünya iqtisadiyyatının inkişafı ilə bağlı şübhə və qeyri-müəyyənliklər fonunda investorlar növbəti üç il ərzində portfellərdə qızılın payını artırmağa davam etdilər. Və yalnız 2013-cü ildə qızılın qiyməti enməyə başladı. ABŞ və Avropada COVID-19-un ikinci dalğasının perspektivləri getdikcə daha real olduqda və qlobal iqtisadi bərpa trayektoriyası tamamilə aydın olmadığı bir vaxtda buna bənzər bir hadisə baş verə bilər.

Nəticədə investorların qızıla artan tələbi, zərgərlik və texniki sənaye sahələrindəki zəif istehlakı, eyni zamanda Mərkəzi Bankların qızıl alışındakı fasiləni əvəzləyə bilər. Buna görə, gələn il qızılın qiyməti bir unsiya üçün 2000 dollar olsa belə buna təəccüblənmərik. 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları