24 C
Baku
Tuesday, September 23, 2025

Qızılın birja qiyməti ilk dəfə olaraq 3800 dolları keçib

Qızılın 2025-ci il dekabr fyuçerslərinin qiyməti “Comex” birjasında ikinci gündür ki, tarixi maksimumu yeniləyir. Məlumata görə, qiymət unsiya üçün 3.8 min dollar həddini aşıb.

Bakı vaxtı ilə 13:19-a olan göstəricilərə əsasən, qiymətli metalın dəyəri 3814 dollar təşkil edib (+1.03%).

Gümüşün qiyməti də qızıl ilə birlikdə artaraq bir unsiya üçün 44.35 dollara çatıb (+0.32%).

Son xəbərlər
Digər xəbərlər