9 C
Baku
Tuesday, November 5, 2024

QKDK yanvar-iyul aylarında 29 mln. manat məbləğində adi veksellərlə əqdlər qeydə alıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2014-cü ilin yanvar-iyul aylarında 28 mln. 814,508 min manat məbləğində adi veksellərlə əqdlər qeydiyyata alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,7 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QKDK-dan məlumat verilib.

Hesabat dövründə Dövlət Komitəsi girovla bağlı 19 (azalma 14%), girovun əlavə qeydiyyata alınması üzrə 14 əməliyyat (azalma 18%) qeydiyyata alıb.

2014-cü ilin yanvar-iyul aylarında QKDK tərəfindən 1883 ipoteka kağızı (artım 35%) qeydə alınıb, 1757 ipoteka kağızı isə əlavə qeydiyyatdan keçib (artım 68%).

Xəbər verildiyi kimi, 2013-cü ildə QKDK 24 mln. 332,934 min manat məbləğində adi veksellərlə əqdlər qeydiyyata alıb.

Son xəbərlər
Digər xəbərlər