11 C
Baku
Monday, November 25, 2024

Qlobal audit və konsaltinq şirkətinin region üzrə gəlirləri 18 %-dən çox artıb

“KPMG International” audit və konsaltinq şirkəti ötən il sentyabrın 30-da başa çatan 2022-ci maliyyə ilini 35 milyard ABŞ dolları məcmu gəlirlə başa vurub.

Bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu, əvvəlki illə müqayisədə 14 % çoxdur.

2022-ci maliyyə ilində “KPMG”nin Yaxın Şərq, Cənubi Asiya və Xəzər regionu (MESAC) üzrə şirkətlərinin məcmu gəlirləri isə 18,3 % artıb ki, bu da, əvvəlki maliyyə ilindəki artım tempini 2 dəfədən çox üstələyib.

Bu dövrdə MESAC regionu üzrə kadr ehtiyatı 10 min nəfəri ötüb. Xüsusi ilə gəlirlərin illik müqayisədə təxminən 30 % artdığı konsaltinq (məsləhət) sektorunda güclü artım yaşanıb.

Son xəbərlər
Digər xəbərlər