10 C
Baku
Thursday, November 14, 2024

Qlobal bazarlarda qeyri-sabitlik fonunda investorlar Bitcoin ETF-dən $1.2 mlrd. çıxarıblar

Amerikan bitkoin əsaslı birja fondları (ETFs) 9 sentyabr tarixinə olan məlumatlara görə, 983 milyon dollar itirib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir. “Sosovalue” xidməti bildirir ki, əvvəlki ayda xaricə kapital axını 709 milyon dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, mart ayında bitkoin məzənnəsi maksimuma çatanda bu fondlara gündəlik vəsait axını 1 milyard dollar olub. Ümumilikdə, 12 fond 46 milyard dollarlıq aktivləri idarə edir.

Sentyabrın əvvəlindən əsas kriptovalyutanın qiyməti bir sikkə üçün 6%-dən çox itirib. Efirin (Ethereum) qiyməti eyni dövrdə 7.5%-dən çox ucuzlaşıb. “Coinmarketcap” məlumatlarına görə, 9 sentyabr tarixinə kriptovalyuta bazarının ümumi kapitallaşması 2.07 trilyon dollardan 1.95 trilyon dollara düşüb.

Kriptovalyuta ETF-ləri 2000-ci illərin əvvəllərində ortaya çıxan və qiymətli metala investisiya etmək üçün məşhur bir üsula çevrilən qızıl əsaslı fondlara bənzəyir. İnvestorlar fiziki qızıl külçələrini almaq əvəzinə, belə fondun səhmlərini alırlar.

Beləliklə, investorların pul kisələri ilə məşğul olmağa, açarları yadda saxlamağa və ya kriptovalyuta birjasında hesab yaratmağa ehtiyacları qalmır.

Son xəbərlər
Digər xəbərlər