26 C
Baku
Saturday, July 27, 2024

Qlobal borc bazarında fəallıq artıb

İnkişaf etməkdə olan ölkələr qlobal borc bazarında fəallığını artırıb. “Reuters” agentliyinə istinadən xəbərə görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sabah, martın 15-də uçot dərəcəsinin gözlənilən artımından sonra qlobal maliyyə bazarları il ərzində daha 3 dəfə baza faiz dərəcəsinin artırılmasını proqnozlaşdırır.

Türkiyə bankları, Ukraynanın aqroholdinqi, Nigeriya və Misir dollar istiqrazı bazarında qısa müddətdə borclanma həyata keçirmək istəyir. Borc almaq istəyənlər FED-in uçot dərəcəsini artırmaq qərarlarını sürətləndirməsindən ehtiyat edir. Belə ki, ABŞ istiqrazlarının gəlirliliyi artıq son 3 ayın maksimal həddinə çatıb. Şirkətlər və ölkələr baha qiymətdən borc almaq istəmədiklərinə görə tələsməyə başlayıb.

ABŞ-ın nüfuzlu “JPMorgan” bankının ekspertləri hesab edirlər ki, bu ilin əvvəlindən martın 8-dək inkişaf etməkdə olan ölkələrin şirkətləri 75 mlrd. dollarlıq istiqraz yerləşdirib. Fevralda bu rəqəm 33 mlrd. dollar təşkil edib və son illərin orta aylıq göstəricisi – 20 mlrd. dolları xeyli üstələyib. Ölkələrin yerləşdirdiyi suveren istiqrazların həcmi hesabat dövründə 38,5 mlrd. dollar təşkil edib ki, bunun da 7 mlrd. dolları Argentina, 3 mlrd. dolları isə Türkiyəyə aid olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər