0 C
Baku
Wednesday, February 26, 2025

Qlobal borc rekord 318 trln. dollara çatıb

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatına görə, 2024-cü ilin sonuna qlobal borc 318 trilyon dollara yüksələrək rekord həddə çatıb, bu barədə “Bloomberg” yazıb. Ekspertlərin fikrincə, son bir ildə qlobal borcun səviyyəsi 7 trilyon dollar artıb. Buna baxmayaraq, uzunmüddətli perspektivdə bu göstəricinin artımında yavaşlama gözlənilir.

Qlobal borc əsasən ABŞ, Fransa, Çin, Hindistan və Braziliyanın aldığı borclardan ibarətdir. Keçən həftə ABŞ-nin Hesablama Palatası cari gəlir və xərcləmə meylləri davam edərsə, ölkənin milli borcunun iqtisadiyyatdan daha sürətli artacağını və bu rəqəmin 2050-ci ilə qədər ölkənin ÜDM-ni 200% üstələyəcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, ABŞ-nin dövlət borcu il ərzində 7% artaraq 2.37 trilyon dollara çatıb. Daha əvvəl məlum olub ki, ABŞ milli borcuna görə defoltla üzləşib.

Son xəbərlər
Digər xəbərlər