18 C
Baku
Sunday, September 8, 2024

Qlobal çip satışları 2022-ci ilin aprelindən bəri maksimuma çatıb

Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) press-relizinə görə, may ayında qlobal çip satışları ötən ilin eyni ayı ilə müqayisədə 13.9% artaraq 49.15 milyard dollar təşkil edib. Bu, 2022-ci ilin aprel ayından bəri maksimum göstərici olub.

May ayında Amerika qitəsində satışlar ötən ilin eyni ayı ilə müqayisədə 43.6%, Çində 24.2%, Asiya-Sakit okean və digər regionlarda 13.8% artıb. Eyni zamanda, Avropada 9.6%, Yaponiyada isə 5.8% azalma qeydə alınıb.

Çip satışı aprel ayı ilə müqayisədə Şimali və Cənubi Amerikada 6.5%, Yaponiyada 1.6%, Çində 5%, Asiya-Sakit okean regionunda 3% artıb. Bu arada, Avropada satışlar 1% azalıb.

Qeyd edək ki, SIA Amerika yarımkeçirici sənayesinin təxminən 99%-ni və digər ölkələrin çip istehsalçılarının təxminən 66%-ni təmsil edir.

Son xəbərlər
Digər xəbərlər