7 C
Baku
Thursday, December 12, 2024

Qlobal daşınmaz əmlak bazarında böhran 2022-ci ilədək davam edə bilər

2021-ci ildə iqtisadi artımın bərpası beynəlxalq şirkətlər üçün əsas ssenari olsa da, qlobal daşınmaz əmlak bazarının maksimum azalması yalnız gələn ilin sonunda, bərpası isə 2022-ci ildə gözlənilir.

Bu barədə “Cushman & Wakefield” konsaltinq şirkətinin analitik hesabatında deyilir.

Şirkətin analitiklərinin proqnozuna görə, çox güman ki, əksər şirkətlərin IV rüb üzrə nəticələri gözləniləndən daha pis olacaq. Bunun ardınca aktivlərin kütləvi yenidən qiymətləndirilə və uzanmış qlobal tənəzzüllə nəticələnə biləcək 2021-ci il üçün strategiyalar nəzərdən keçirilə bilər.

Hesabatda deyilir ki, bir çox ölkədə təyin olunan sıfır faiz dərəcələri iqtisadiyyatı stimullaşdırmaq üçün artıq əlavə mənbənin olmadığını göstərir.

Daşınmaz əmlak bazarının problemi yalnız aşağı məhsuldarlıq deyil, həm də COVID-19 pandemiyası səbəbindən kommersiya tipli daşınmaz əmlakın iqtisadi modellərindəki fundamental dəyişikliklərdir. Məsələn, 2021-ci ildə qlobal ofis əmlak bazarında məşğul olmuş sahələrin 9,6 mln. kv. metr azalacağı gözlənilir. Boş ofis sahələrinin payı isə 10%-dən 15%-dən artacaq. “Cushman & Wakefield” dünyada ofislərə tələbatın tam miqyaslı bərpasını 2022-dən tez olmayacağını gözləyir.

Son xəbərlər
Digər xəbərlər