Qlobal Daxili Audit Standartları artıq Azərbaycan dilində

®Azərbaycanda daxili audit sahəsində institusional inkişaf baxımından mühüm hadisə baş verib. Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsi (“IIA Azerbaijan”) tərəfindən Qlobal Daxili Audit Standartlarının Azərbaycan dilinə tərcüməsi uğurla başa çatdırılıb və sənəd artıq İnstitutun rəsmi internet səhifəsində yerləşdirilərək ictimaiyyətin istifadəsinə təqdim olunub. Bu addım ölkədə daxili audit peşəsinin beynəlxalq səviyyədə inkişafına yönəlmiş ardıcıl təşəbbüslərin davamı kimi qiymətləndirilir.

Qeyd edək ki, Qlobal Daxili Audit Standartları 2025-ci ildən qüvvəyə minmiş yeni və yenilənmiş beynəlxalq çərçivə sənədidir. Bu standartlar daxili audit fəaliyyətinin müasir risk mühitinə uyğunlaşdırılmasını, peşəkar keyfiyyət tələblərinin gücləndirilməsini və təşkilatlarda idarəetmə, risklərin idarə olunması və daxili nəzarət sistemlərinin daha effektiv qurulmasını hədəfləyir.

Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsi (“IIA Azerbaijan”) isə Daxili Auditorlar İnstitutunun (DAİ) yerli təmsilçiliyidir. Bölmə Azərbaycanda daxili audit peşəsinin inkişafı, beynəlxalq standartların tətbiqinin təşviqi, peşəkarların bilik və bacarıqlarının artırılması və bu sahədə qlobal təcrübənin yerli mühitə inteqrasiyası istiqamətində fəaliyyət göstərir. DAİ-nin Azərbaycan Bölməsi eyni zamanda ölkədə peşəkar icmanın formalaşdırılması və beynəlxalq audit təcrübələrinə çıxış imkanlarının genişləndirilməsi sahəsində mühüm rol oynayır.

Yeni tərcümə olunmuş standartların istifadəyə verilməsi ilə yerli mütəxəssislərin qlobal tələblərə uyğun fəaliyyət göstərməsi, eləcə də təşkilatlarda daxili audit funksiyasının keyfiyyət və effektivliyinin artırılması üçün əlavə imkanlar yaranır.

ff92aff0 71b0 4e98 a8d2 e3853e07e21b

Son xəbərlər
Digər xəbərlər