17.9 C
Baku
Thursday, May 15, 2025

Qlobal düyü qiymətləri 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

Düyü fyuçersləri qlobal tədarük artımı ilə bağlı artan gözləntilər fonunda 2020-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb və 100 funt-sterlinq üçün 12 dollara yaxınlaşıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin may hesabatında 2025/26 məhsul ilində ümumi düyü istehsalının Hindistan, Banqladeş və Çindəki artımlar hesabına rekord 538.7 milyon tona yüksələcəyini proqnozlaşdırılır. Hindistanın düyü istehsalının ardıcıl onuncu il üçün rekord həddə çatacağı gözlənilir.

Qlobal düyü istehlakı da əsasən Hindistan, Banqladeş, Filippin və Nigeriyada artan tələbdən irəli gələrək, rekord 538.8 milyon ton səviyyəsinə çatacağı proqnozlaşdırılır. Bununla yanaşı, Çində istehlakın az dəyişəcəyi gözlənilir.

İlin əvvəlindən Çikaqo Ticarət Birjasında (CBOT) düyü fyuçerslərinin qiyməti 14.26% ucuzlaşıb. “Trading Economics”in məlumatına görə, onların tarixi maksimumu 2008-ci ilin aprelində, düyü 100 funt üçün 24.46 dollara başa gəldiyi zaman qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər