12 C
Baku
Saturday, November 23, 2024

Qlobal düyü qiymətləri son 15 ildə yeni rekorda imza atıb

Düyünün dünya üzrə qiymətləri son 15 ildə yeni rekorda imza atıb. Bu barədə Tailand Düyü İxracatçıları Assosiasiyasına istinadən “Bloomberg” yazıb.

Belə ki, Tailand mənşəli ağ düyününün qiyməti 2008-ci ilin oktyabrından bəri ən yüksək həddə – bir ton üçün 659 dollara yüksəlib. Ən böyük ixracatçı olan Hindistan tədarükünü məhdudlaşdırdıqdan sonra taxıl qiymətləri 38% artıb.

Assosiasiyanın qeyd etdiyi kimi, düyü Asiya və Afrikada milyardlarla insanın qida rasionunda mühüm məhsuldur və onun rekord qiymət artımı regionda inflyasiyanı sürətləndirə və idxal qiymətlərinin artmasına səbəb ola bilər.

Quraqlıq səbəbindən Asiyada fermerlər ciddi problemlərlə üzləşiblər – düyü, buğda, palma yağı və digər kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılması təhlükə altındadır. Mütəxəssislərə görə, tədarükün gözlənilən azalması bütün dünyada ərzaq qiymətlərinin artmasına səbəb olacaq.

İqlim problemlərindən başqa, düyünün qiymətinə Hindistan hakimiyyətinin basmati istisna olmaqla, bütün növ taxılların ixracına qadağası təsir edir. Embarqo tədarükün təxminən 80%-nə təsir göstərir.

Eyni zamanda, qonşu ölkələr quraqlıq səbəbindən çəltik üçün ayrılan ərazini azaltmağa başlayıblar. Hakimiyyət fermerləri suya qənaət etməyə – az məhsul əkməyə və ya bol suvarma tələb etməyən bitkilərin yetişdirilməsinə keçməyə təşviq edir.

Son xəbərlər
Digər xəbərlər