18 C
Baku
Monday, September 16, 2024

Qlobal elektromobil satışları 21% artıb

Elektrikli avtomobillərin qlobal satışları iyulda illik müqayisədə 21% artaraq 1.4 milyona çatıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. Buna Çində satışların 31% artıması təsir göstərib.

Əvvəllər bildirilmişdi ki, iyul ayında Çində satılan avtomobillərin ümumi sayında elektriklə işləyən avtomobillərin payı ilk dəfə daxiliyanma mühərrikli avtomobillərin payını keçərək 50.7%-ə çatıb. Şimali Amerikada da elektrik avtomobillərinin satışı 8% artıb, Avropada isə 7% azalıb.

Bəzi analitiklər qeyd edirlər ki, bir çox alıcılar enerji doldurma stansiyalarının infrastrukturunun yetərincə inkişaf etmədiyi, eləcə də onların qiymətlərinin adi avtomobillərdən orta hesabla yüksək qalması səbəbindən elektrik avtomobilləri almaqdan imtina edirlər.

Ümumilikdə 2024-cü ilin ilk yeddi ayında qlobal elektrik avtomobil satışları 21%, Çində – 31%, Şimali Amerikada isə 10% artıb. Avropada göstəricilər dəyişməz qalıb.

Son xəbərlər
Digər xəbərlər