13 C
Baku
Tuesday, May 7, 2024

Qlobal gündəlik neft hasilatı gələn il 103 mln. bareli üstələyəcək

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü il üçün gündəlik qlobal neft hasilatı ilə bağlı proqnozunu artırıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında bildirilir.

Hesabata əsasən, 2023-cü ildə gündəlik qlobal neft hasilatı 1.7 mln. barel artaraq (öncəki proqnoza görə – 1.5 mln. barel), 101.8 mln. barelədək çatacaq.

Qeyd olunur ki, qlobal neft hasilatının artımı ABŞ və Braziliya hesabına mümkün olacaq.

Agentlik 2024-cü ildə gündəlik qlobal neft tədarükünün 1.6 mln. barel artaraq 103.4 mln. barel çatacağını ehtimal edir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər