9 C
Baku
Friday, December 13, 2024

Qlobal hərbi xərclər rekord həddə artıb

2023-cü ildə qlobal hərbi xərclər 2.443 trilyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 6.8% çoxdur.

Bu məlumat Stokholm Sülh Tədqiqatları İnstitutu – SIPRI-nin son hesabatında yer alır. Bildirilir ki, bu, 2009-cu ildən indiyədək ən ciddi artımdır. Müharibələr və regional münaqişə ocaqları hərbi xərclərin artmasına səbəb olur.

2023-cü ildə hərbi xərclər dünya üzrə ümumi daxili məhsulun 2.3%-ni təşkil edib. Hərbi xərclərin çoxluğuna görə ilk yerdə 916 milyard dollarla ABŞ və 296 milyard dollarla Çin gəlir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər