2025-ci ilin ilk beş yarım ayı ərzində IPO aktivliyi əhəmiyyətli dərəcədə azalıb. İlin əvvəlindən iyunun 17-dək dünya üzrə ilkin kütləvi təkliflərin həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9.3% azalaraq 44.3 milyard dollar təşkil edib. “Reuters” LSEG hesablamalarına istinadən xəbər verir ki, bu, son beş ildə ən aşağı göstəricidir.
IPO aktivliyinin azalması tarif müharibələri, birjalardakı yüksək volatillik və davamlı olaraq yüksək dərəcələr səbəbindən qeyri-sabitliklə bağlıdır. Avropada IPO-ların həcmi xüsusilə nəzərəçarpacaq dərəcədə düşüb – 64% azalaraq 5.8 milyard dollara çatıb, ABŞ-da isə 12% azalaraq 12.3% təşkil edib. Eyni zamanda, Asiya-Sakit Okean regionunda IPO-ların həcmi 28% artaraq 16.8 milyard dollara yüksəlib.
İlin əvvəlindən bəri ən böyük IPO Honq-Konq Birjasında 4.6 milyard dollar toplayan Çinli elektrik avtomobil akkumulyatorları istehsalçısı CATL şirkətinin olub.