Qlobal iqtisadiyyat bərpa olunmağa davam edir, lakin artım templəri yavaşlayıb.
Bubarədə Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristalina Georgiyeva G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin onlayn görüşündə deyib.
Onun sözlərinə görə, Fond üç həftə əvvəl bu il üçün olan artım gözləntilərini ABŞ və Çin iqtisadiyyatlarının göstəriciləri həddindən artıq qiymətləndirdikləri üçün 4,4%-ə qədər endirib. İndi isə COVID-19-un yeni ştamı “Omicron”un yayılması fonunda artım tempi 2022-ci ildə gözləniləndən zəifdir, qlobal təchizat zəncirlərindəki pozulmalar isə gözləniləndən daha dayanıqlıdır.
“Eyni zamanda, bir çox ölkələrdə inflyasiya səviyyəsi yüksək olaraq qalır, maliyyə bazarları daha da volatilləşib, geosiyasi gərginlik kəskin şəkildə artıb. 2022-ci ildə bütün çətinlikləri aşmaq üçün güclü beynəlxalq əməkdaşlıq və xüsusi siyasət çevikliyi lazımdır”, – Georgiyeva bildirib.
BVF-nin proqnozuna görə, 2024-cü ilin sonunadək COVID-19 pandemiyası nəticəsində qlobal iqtisadiyyatın itkiləri təxminən 13,8 trln. ABŞ dolları təşkil edəcək. Bununla əlaqədar olaraq, BVF-nin baş direktoru qeyd edib ki, virusla daha güclü mübarizə aparmaq üçün tədbirlər görmək, o cümlədən bütün ölkələrin testlər və dərmanlar da daxil olmaqla tam alətlər dəstinə bərabər çıxışını təmin etmək lazımdır.