Texnoloji müdaxilə
Visual Capitalist hesab edir ki, son vaxtlara qədər qlobal şirkətlərin əksər hissəsi sənayeyə yönəldilmişdir. Bu gün reallıq artıq dəyişib – texnologiya və kommersiya hesabına məlumatların dəyəri artdı.
Apple, Amazon və Microsoft fiziki obyektlər istehsal edən ənənəvi sənaye korporasiyalarını sıxışdıraraq onların yerini tutublar.
Texnologiyalar demək olar ki, həyatımızın bütün sahələrini işğal edir: pərakəndə, reklam, səhiyyə, maliyyə, istehsal, təhsil. Dünya platformalarını yaradan texnologiya şirkətləri ilə rəqabət emtək mümkün deyil, Visual Capitalist hesab edir.
Pul təkamülü
Nəşrin verdiyi məlumata görə, “pul” anlayışı qeyri-müəyyəndir: banklar havadan trilyonlarla pul qazanır, “blockchain” in köməyi ilə isə rəqabət qabiliyyətli kriptovalyuta yaratmaq olar. Borcun həcmi artır: 247 trilyon dollar, bu məbləğin 63 trilyonu dünyanın ən böyük ölkələrinin boynundadır.
Dünya nağd puldan imtina etməyə başlayır. İsveç, Yaponiya, İsveçrə və digər ölkələrin mərkəzi bankları mənfi faiz dərəcəsinin tətbiqinə başlayıblar, kriptovalyutaların dəyəri isə ümumilikdə 200 milyard dolları aşır. İnsanlar pulu fərqli şəkildə qəbul etməyə başlayıblar və bu, gələcəyə təsir edəcək əsas amillərdən biridir.
Dünya sərvətinin landşaftı
Dünya sərvətinin bölüşdürülməsi daim dəyişir və yeni rekordlar müəyyənləşdirir – bəzi texnologiya şirkətlərinin kapitallaşması 1 trilyon dollar təşkil edir. Visual Capitalist Dünya Bankının proqnozlarına istinad edərək artım gözləyir.
Mümkün artıma baxmayaraq, zəngin insanları narahat edən bir çox faktorlar var: inflyasiyadan tutmuş geosiyasi problemlərə qədər.
Şərqin sürətlə böyüyən iqtisadiyyatı
Son dövrlərdə Çin iqtisadiyyatı davamlı artım nümayiş etdirir və bir neçə ildə ölkənin bütün imkan və ambisiyaları göstərəcəyi gözlənilir. Bu bazar üçün dəqiq proqnozlar qurmaq çətindir – Çinin iqtisadiyyatı və əhalisinin həcmi çox böyükdür və bəzi şəhərlərin iqtisadiyyatı bütün ölkələri üstələyir.
Çində 100-dən çox şəhər var və hər birinin əhalisinin sayı 1 milyonu keçir. Bu şəhərlərin hər birində ya sənaye, ya təbii ehtiyatların çıxarılması, ya da informasiya texnologiyaları inkişaf edib. Məsələn, Yançzı çayına yaxın olan ərazilərə bir neçə şəhər daxildir və burada ÜDM 2,6 trilyon dollar təşkil edir. Bu, İtaliya ilə müqayisədə çoxdur.
Texnoloji inkişafın sürətlənməsi
Dünya çox sürətlə dəyişir: ildən-ilə texnoloji sıçrayışların sayı artır. Təkcə yeni ixtiraların deyil, həmçinin startapların sayı da artır.
Bazar yeni texnologiyaları cəlb edir və sürətlə yayır. Məsələn, Pokemon Go cəmi 19 günə 50 milyon oyunçu topladı. Avtomobillərin (62 il), telefonların (50 il) və bank kartlarının (28 il) fonunda, 19 gün çox azdır.
“Yaşıl” inqilab
Visual Capitalist-in verdiyi məlumata görə, sivilizasiya dayanıqlı enerji resurslarına keçid astanasındadır. Bu dəyişikliyi qiymətləndirmək üçün ümumi mənzərəyə baxmaq lazımdır. Nəşriyyat 1776-cı ildən 2018-ci ilə qədər ABŞ-da enerji istehlakını təsvir edən qrafik nümayiş etdirir.
Əhalinin demoqrafiyasında dəyişikliklər
Yaxın on ildə dünya iqtisadiyyatı kökdən dəyişəcək – Visual Capitalist-in analitikləri hesab edirlər. Qərb ölkələrində və Çində əhalinin artım tempi azalsa da, Afrika kontingentində və Asiyanın qalan ərazilərində urbanizasiyanın səviyyəsi artır.
21-ci əsrin sonuna yaxın Afrikada meqapolis şəhərlərin sayı 13, hər birinin əhalisinin sayı isə 50 milyon nəfərəçata bilər. Həmin dövrdə Şimali Amerika, Cənubi Amerika və Çinin meqapolisləri əhali sayına görə Top 20-lik siyahısından çıxmış olacaqlar.
Ticarət paradoksu
İqtisadiyyatçılar hesab edirlər ki, azad ticarət bazarın bütün iştirakçılarına sərf etməlidir.
Müasir dövrdə bu prinsip artıq aktual deyil. Ön plana sosial və siyasi təsir, siyasətçilərin qurduğu maneələr çıxarılır. Buna misal olaraq ABŞ və Kanada arasındakı münasibətləri göstərmək olar. Qlobal səviyyədə siyasət və azad ticarət arasındakı paradoks hər zaman aktual olacaq, əsas da ABŞ və Çin arasında gedən ticarət müharibəsini nəzərə alsaq.