8 C
Baku
Tuesday, March 19, 2024

Qlobal iqtisadiyyatın korporativ borcu $5 trln. çatıb

S&P Global Ratings beynəlxalq reytinq agentliyinin verdiyi məlumata görə, qlobal iqtisadiyyatın korporativ borcu 5,2 trilyon dollara çatıb və geci 2024-cü ilə qədər ödənilməlidir. Bu borcun demək olar ki, yarısı ABŞ-dakı maliyyə və qeyri-maliyyə şirkətlərinin istiqrazlarından ibarətdir.

Banker.az xəbər  verir ki, “Mərkəzi banklar faiz dərəcələrini azaltmağa çalışırlar və bu, iqtisadi şəraiti daha da pisləşdirir. Çox güman ki, vəziyyət tezlikdə dəyişəcək”, – deyə S&P Global Ratings agentliyinin nümayəndəsi olan Syudip Kesh qeyd edir.

Bu rəqəm investorları dəhşətə gətirib, aşağı faiz dərəcələri isə bu problemin həllini bir daha təxirə salacaq.

Triple B və Double B reytinqli şirkətlərin borcu 2006-cı il səviyyəsinə gəlib çatıb. Qeyd edək ki, borcun 50%-i (və ya 4 trilyon dolları) Triple B reytinqli şirkətlərin payına düşür.

IFR-ın verdiyi məlumata görə, sığorta şirkətləri reytinqin düşməsindən ehtiyat edirlər, onlar borcları ödəyir və mühasibat balansını yaxşılaşdırmağa çalışırlar. “Voya Investment Management” in nümayəndəsi olan Con Simon bu məsələyə şərh verib: “Biz düşünürük ki, BBB reytinqi ilə bağlı olan problemlər öz həllini tapıb, amma biz yenə də vəziyyətə nəzarət etməyə davam edirik”.

Borc vəsaitin böyük hissəsi maliyyə mühəndisliyi (injinirinqi) sxemlərinə xərclənib.

“Korporasiyaların məqsədi yeni zavodlara sərmayə qoymaq deyil, səhmləri satın almaqdır”, – deyə Simon əlavə edir.

Mütəxəssislər korporativ borc “köpüyünün” partlayacağını proqnoz edirlər. Bunun əsas səbəbi isə iqtisadi yavaşama və ya GE balansının düşməsi olacaq.

5,2 trilyon dollarlıq borca gəldikdə, 2024-cü ilə qədər bir sıra şirkətlərin iflas olması təhlükəsi var. Bu, yaxın 2,5 ildə baş verə bilər.

 

 

Son xəbərlər
Digər xəbərlər