2017-ci ildə dünyada işsizlərin sayı rekord səviyyə hesab olunan 192,7 milyon nəfərə çatıb.
Banker.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatına əsasən, bu 2016-cı ildə qeydə alınan göstəricidən 5,6 faiz (2,6 milyon nəfər) çoxdur.
BƏT proqnozuna görə, 2018-ci ildə qlobal işsizlik keçən il qeydə alınan göstərici səviyyəsində qalacaq. 2019-cu ildə isə dünyada işsizlərin sayı 193,9 milyon nəfərə qədər artacaq.
Bununla yanaşı, ekspertlər belə hesab edir ki, 25 yaşına qədər olan işsiz gənclərin sayı azalacaq. Bu məsələ kəskin şəkildə Şimali Afrikaya aiddir. Belə ki, burada demək olar ki, gənclərin üçdə bir hissəsi işə malik deyil.