-3 C
Baku
Sunday, December 15, 2024

Qlobal işsizliyin səviyyəsinin son 3 ildə ilk dəfə azalması gözlənilir

2018-ci ildə qlobal işsizliyin səviyyəsinin son 3 ildə ilk dəfə azalaraq 5,5%-ə düşməsi gözlənilir.

Bu barədə Beynəlxalq Əmək Təşkilatının (ILO) hesabatında bildirilir.

Sənədə əsasən, 2017-ci ildə dünyada əmək qabiliyyətli əhalinin 5,6%-i və yaxud 192,7 mln. nəfəri işsiz olub. Bu, 2016-cı illə müqayisədə 2,6 mln. nəfər çoxdur.

“Əmək bazarına daxil olan insanların sayı artdığı üçün 2018-ci ildə işsizlərin ümumi sayı sabit qalacaq və 192 mln. nəfərdən çox təşkil edəcək. 2019-cu ildə işsizliyin səviyyəsi ümumilikdə dəyişməyəcək, lakin 1,3 mln. nəfər artacaq”, – deyə hesabatda qeyd edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər