14 C
Baku
Sunday, November 24, 2024

Qlobal istilər başladı – Temperatur rekord qıracaq

Dünyada orta temperatur bu həftə üçüncü dəfə yeni maksimuma çatıb. Bunu qeyri-rəsmi rekordlar göstərir. ABŞ-dan olan bir çox alim tərəfindən təhlil edilən məlumatlardan ortaya çıxır ki, cümə axşamı qlobal orta temperatur 17,23° Selsi olub. Bu, bazar ertəsi müəyyən edilmiş 17° Selsi rekordunu qırıb, bir gün sonra orta temperatur 18° Selsiyə qədər yüksəlib.

London İmperial Kollecinin iqlim elmləri üzrə baş müəllimi Friederik Otto bildirib ki, iqlim alimləri qlobal gündəlik temperatur rekordunun qırılmasına təəccüblənməsə də,bu, artıq narahatlıq doğurmağa başlayır. F.Ottonun sözlərinə görə, bu, dünyanın daha çox neft və qaza ehtiyacı olduğunu düşünən hər kəs üçün həyəcan təbili olmalıdır.

Qlobal isti hava temperaturu üzrə rekord sonuncu dəfə 7 il əvvəl – 2016-cı ilin avqustunda qırılmışdı.

Cümə axşamı ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) “Associated Press”in sorğusuna cavabında bildirib ki, qismən kompüter simulyasiyalarından gələn qeydləri təsdiq edə bilməyəcək, lakin iqlim dəyişikliyi səbəbindən qlobal istilərin başlandığını inkar etmək mümkün deyil. Alimlər xəbərdarlıq edirlər ki, hava qeyri-adi isti olur və çox güman ki, bu yay rekordlar davam edəcək.

Son xəbərlər
Digər xəbərlər