15 C
Baku
Bazar, Oktyabr 24, 2021

Qlobal kompüter tədarükü 2020-ci ildə 3,3% arta bilər

Dünya miqyasında masaüstü kompüterlər və noutbuklar da daxil olmaqla, kompüter tədarükü 2020-ci ildə 3,3% artaraq 425,7 milyona çatacaq.

“İnterfaks” xəbər verir ki, bu barədə Beynəlxalq Məlumat Korporasiyasının (International Data Corporation, IDC) proqnozlarında deyilir.

Tədqiqat şirkətinin araşdırmasında qeyd olunur ki, bu ilin birinci yarısında onlara tələbat bərpa olunub. Bu, özünütəcrid rejimi və evdə işləmək və təhsil almaq, eləcə də cihazlardan əyləncə məqsədilə istifadə etməklə əlaqədardır. Bununla belə, uzunmüddətli perspektivdə qlobal PC satışları azalacaq.

Növbəti beş il ərzində tədarükdə orta illik azalma tempinin (CAGR) 2,2% olacağı gözlənilir, nəticədə 2024-cü ildə tədarük həcmi 389,6 milyona düşəcək. Bundan başqa, satışların gələn il xeyli (təxminən 10%), 2022-ci ildə 1%-dən az azalacağı, 2023-2024-cü illərdə isə bir qədər artım olacağı gözlənilir.

Masaüstü kompüterlərin satışı builki 72,8 milyon ədədən 2024-cü ildə 66 milyon ədədə qədər düşəcək (CAGR mənfi 2,4% təşkil edəcək), noutbuk tədarükü isə 198,3 milyondan 193,8 milyona qədər azalacaq (CAGR – mənfi 0,6%). Eyni zamanda iş stansiyalarının satışları beş il ərzində 5 milyon ədəddən 7,1 milyona qədər yüksələcək (CAGR müsbət 8,9% olacaq).

Son xəbərlər
Oxşar xəbərlər