Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə gündəlik qlobal neft hasilatı üzrə proqnozunu dəyişməyib.
Agentliyin aylıq hesabatına əsasən, cari ildə ortalama gündəlik qlobal neft hasilatı 1.2 mln. barel artaraq, 101.1 mln. barel səviyyəsində olacaq.
“Bütövlükdə il üzrə gündəlik qlobal neft hasilatının artımının 2022-ci ildəki 4.6 mln. barellə müqayisədə 1.2 mln. barelə enəcəyi proqnozlaşdırılır”, – hesabatda qeyd olunur.