22 C
Baku
Thursday, April 25, 2024

Qlobal neft hasilatının artım tempinin yavaşlayacağı proqnozlaşdırılır

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu azaldıb.

Gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 102.83 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0.22 mln. barel azdır.

Hesabata əsasən, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101.1 mln. barel olacaq ki, bu, ötən proqnoz göstəriciyə bərabərdir.

Hesabatda qeyd olunur ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99.95 mln. barel səviyyəsində olub.

Xatırladaq ki, 2021-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95.7 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik istehsal 93.84 mln. barel təşkil edib. 2019-cu ildə bu göstərici 100.61 mln. barelə bərabər idi.

EİA məlumatlarını nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərin gündəlik qlobal hasilatı pandemiyadan əvvəlki səviyyəni bu il ötəcək.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər