9 C
Baku
Monday, November 4, 2024

Qlobal neft tələbatı COVID-19 pandemiyasından əvvəlki səviyyəni bu il ötəcək

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu artırıb.

EIA-nın aylıq hesabatına əsasən, gələn il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102.46 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0.12 mln. barel çoxdur. Beləliklə, 2023-cü ilin göstəricisi ilə müqayisədə 2024-cü ildə qlobal tələbat üzrə artım 1.39 mln. barel təşkil edə bilər.

 

Hesabata əsasən, ötən il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 101.07 mln. barel səviyyəsində olub ki, bu da əvvəlki proqnoz göstəricisindən 0.07 mln. barel çoxdur. 2022-ci ilin göstəricisi ilə müqayisədə 2023-cü ildə qlobal tələbat üzrə artım 1.92 mln. barel təşkil edib.

Bununla yanaşı, qurum 2025-ci il üçün qlobal neft tələbatı üzrə proqnozunu da açıqlayıb. Belə ki, EIA gələn il qlobal gündəlik neft tələbatının 103.67 dollar səviyyəsində olacağının ehtimal edir, bu da 2024-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1.21 mln. barel çoxdur.

Qeyd olunur ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99.15 mln. barel olub, bu da illik müqayisədə 1.59 mln. barel çoxdur.

Xatırladaq ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97.56 mln. barel olub. 2020-ci ildə qlobal gündəlik istehlak 91.81 mln. barel təşkil edib, 2019-cu ildə isə bu göstərici 101.23 dollar səviyyəsində olub.

Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərə olan tələbat koronavirus pandemiyasından əvvəlki səviyyəni bu il ötəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər