Qlobal neft tədarükü sutkada 10-15 milyon barrel azala bilər

OPEC və tərəfdaşları qlobal neft hasilatının ciddi şəkildə azaldılması barədə qərar qəbul edə bilər.

Bu sözləri Küveytin Neft naziri Xalid Əli Məhəmməd əl-Fadil “OPEC+” nazirlərinin bu gün keçiriləcək videokonfransı ərəfəsində deyib. Onun sözlərinə görə, əsas müzakirə mövzusu neft hasilatının gündəlik 10-15 milyon barrel azaldılması olacaq. Nazir qeyd edib ki, hazırda qarşıda duran məqsəd neftin qiymətinin kəskin ucuzlaşmasının qarşısını almaq və enerji bazarında tarazlığı yenidən bərpa etməkdir. “OPEC+” çərçivəsində aparılan görüşlə yanaşı, hazırda ABŞ kimi iri hasilatçı ölkələrlə də danışıqlar aparılır.

Qeyd edək ki, “OPEC+” üzrə neft hasilatının azaldılması ilə bağlı saziş martın 31-də başa çatıb. Buna Səudiyyə Ərəbistanı və Rusiya arasında fikir ayrılığı səbəb olub. OPEC ölkələrinin hasilatı artırması və koronavirusun yayılması nəticəsində neftin qiyməti kəskin ucuzlaşıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər