23 C
Baku
Monday, September 16, 2024

Qlobal neft tələbətının artım tempi ilin ikinci yarısında sürətlənəcək – PROQNOZ

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.

Gündəlik qlobal neft tələbatı 2023-cü ilin birinci rübündə Çin iqtisadiyyatının karantindən çıxması ilə 810 min barel artaraq, yüksəlişə qayıdıb.

Agentliyin proqnozuna görə, gündəlik tələb artımı il ərzində sürət yığaraq və 2023-cü ilin ikinci yarısında 2,4 mln. barelə qədər sürətlənərək, 103,1 mln. barelə çatdıracaq.

Qeyd olunur ki, ötən il qlobal neft tələbatının orta illik artım tempi 2,6 mln. barel təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər