20 C
Baku
Thursday, May 23, 2024

Qlobal neft tələbatı üzrə artım tempi yavaşlayacaq

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) 2022-2023-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu azaldıb.

Gələn il üçün maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 101.49 mln. barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0.09 mln. barel azdır.

Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99.43 mln. barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricidən 0.15 mln. barel azdır.

Qeyd edək ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97.38 mln. barel olub. 2020-ci ildə qlobal gündəlik istehlak 91.81 mln. barel təşkil edib, 2019-cu ildə isə bu göstərici 101.23 dollar səviyyəsində olub.

EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərə olan tələbat pandemiyadan əvvəlki səviyyəni bu il deyil, gələn il ötə bilər.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər