25 C
Baku
Saturday, July 13, 2024

Qlobal NFT ticarətinin həcmi 97% düşüb

“Bloomberg”in istinad etdiyi “Dune Analytics” tədqiqat şirkətinin hesablamalarına görə, sentyabrda qlobal NFT ticarətinin həcmi cəmi 466 milyon dollar olub. Xatırladaq ki, yanvarda bu rəqəm 17 milyard dollara təşkil edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ekspertlər hesab edirlər ki, NFT bazarındakı çöküş ilin əvvəlindən təxminən 2 trilyon dollar itirmiş kriptovalyuta bazarının həcminin kəskin azalmasının ümumi tendensiyası ilə bağlıdır. Bu, öz növbəsində, dünyanın bir çox mərkəzi banklarının pul siyasətini sərtləşdirməsi ilə izah oluna bilər ki, nəticədə yüksək riskli və yaxud spekulyativ aktivlərə investisiya qoyuluşu üçün mövcud olan ucuz borc kapitalının həcmini azalır.

NFT bazarında enişin ilk əlamətləri hələ yazda qeyd edilib. Əgər yanvarın sonunda NFT seqmentində 21 296 satıcı var idisə, aprelin əvvəlində cəmi 7 210 satıcı olub.

Son xəbərlər
Digər xəbərlər