14 C
Baku
Saturday, November 23, 2024

Qlobal qaz bazarında tədarük rekord göstəriciyə çatacaq

Qlobal bazarlar qışın isti keçməsi səbəbindən həddindən artıq qaz təchizatı ilə üzləşib.

Bu barədə CNBC kanalı analitiklərə istinadən məlumat yayıb.

“Qlobal təbii qaz qiymətləri ABŞ, Avropa və Şimali Asiya kimi Şimal Yarımkürə regionlarında mülayim qışa görə aşağı düşür”, – “S&P Global” Asiyada inkişaf etməkdə olan qaz və mayeləşdirilmiş təbii qaz (LNG) bazarlarının rəhbəri Zhi Xin Çonq (Zhi Xin Chong) deyib.

“Morgan Stanley” proqnozlaşdırır ki, mayeləşdirilmiş təbii qaz istehsalının genişləndirilməsi sayəsində yaxın illərdə qlobal qaz bazarında həddən artıq tədarük rekord göstəriciyə çatacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər