Bu ilin birinci yarısında qlobal qaz istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 24 mlrd. kubmetr azalıb.
Bu barədə “Qazprom” öz “Telegram” kanalında paylaşım edib.
Qeyd olunur ki, əsas amil Avropa İttifaqında tələbatın 27 mlrd. kubmetr azalması olub.
“2022-ci ilin altı ayı ərzində qlobal qaz istehlakı, ilkin hesablamaya görə, 2021-ci ilin birinci yarısı ilə müqayisədə 24 mlrd.kubmetr azalıb. Eyni dövrdə Avropa İttifaqının 27 ölkəsində isə qaz istehlakı ötən illə müqayisədə 27 mlrd. kubmetrə enib”, – paylaşımda bildirilir.