23 C
Baku
Monday, September 16, 2024

Qlobal qaz qiymətlərinin bu il yenidən artacağı proqnozlaşdırılır

Qlobal qaz tələbatı keçən il 1.6% azaldıqdan sonra 2023-cü ildə təxminən eyni səviyyədə qalacaq.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni hesabatında bildirilir.

Eyni zamanda, Çində koronavirus məhdudiyyətlərinin aradan qaldırılması ilə əlaqədar olaraq, “mavi yanacağa” olan qiymətlərin artımının bərpası ehtimalı qalır.

“Qlobal təbii qaz bazarları 2022-ci ildə qlobal tələbatın təxminən 1.6% azalmasına baxmayaraq, keçən il gərginlikdə idi. 2023-cü ildə tələbin sabit qalacağı gözlənilir, lakin proqnoz ətrafında, xüsusən də Rusiyanın gələcək hərəkətləri və enerji daşıyıcılarına olan qiymət dəyişkənliklərinin iqtisadi təsirləri baxımından çox qeyri-müəyyənlik var”, – hesabatda qeyd olunur.

Qeyd olunur ki, qaz qiymətlərində görünməmiş artım həm hökumətin tədbirləri, həm də sənaye istehsalının və məişət istehlakçıları tərəfindən istehlakın azalması səbəbindən Avropada “mavi yanacağa” olan tələbatın 13% azalmasına səbəb oldu. İsti qış da vəziyyəti asanlaşdırdı. Bu arada, mayeləşdirilmiş təbii qazın (LNG) yüksək qiymətləri, Çində koronavirus məhdudiyyətləri və həmçinin şimal-şərqi Asiya-Sakit okean regionunda mülayim hava şəraiti səbəbindən Asiyada qaz tələbatı 2% azalıb.

“Tarixi standartlara görə hələ də yüksək olan təbii qazın qiymətləri son aylarda aşağı düşüb. Lakin Asiyada, xüsusən də Çində LNG-yə tələbat artdıqca bu, 2023-cü ildə dəyişə bilər. Dünyanın ən böyük təbii qaz idxalçısı olan ölkə bu yaxınlarda son bir il ərzində daxili tələbatı boğan koronavirus ilə bağlı məhdudiyyətləri aradan qaldırıb “, – hesabatda qeyd olunur.

Agentliyini ekspertlərinin fikrincə, Çində LNG tələbatı 2023-cü ildə 10%, optimist ssenaridə isə 35% arta bilər. Bu, beynəlxalq bazarlarda şiddətli rəqabətə və qiymətlərin ötən yay müşahidə olunan qeyri-sabit səviyyələrə qayıtmasına səbəb ola bilər ki, bu da xüsusilə avropalı alıcıları narahat edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər