13 C
Baku
Saturday, November 23, 2024

Qlobal qaz tələbatının gələn il 2.5% artacağı proqnozlaşdırılır

Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü il üçün qlobal qaz tələbatı ilə bağlı proqnozunu açıqlayıb.

Bu barədə Agentliyin qaz bazarına dair hesabatında bildirilir.

Proqnoza əsasən, gələn il qlobal qaz tələbatı 2.5% və ya 100 mlrd. kubmetr artaraq 4.19 trln. kubmetr təşkil edə bilər.

Hesabata görə, 2024-cü ildə mayeləşdirilmiş təbii qaz (LNG) tədarüklərindəki artım məhdud olacaq və cəmi 3.5% və ya 18 mlrd. kubmetr həcmində çoxalacaq.

Qaza tələbatın artmasının sənaye, eləcə də yaşayış və ticarət sektorları üzrə istehlakdan qaynaqlanacağı gözlənilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər