16 C
Baku
Thursday, May 1, 2025

Qlobal qızıl tələbi 2016-cı il səviyyəsinə yüksəlib

2025-ci ilin birinci rübündə qlobal qızıl alışının həcmi illik müqayisədə 1% artaraq 1206 ton təşkil edib. Bu, 2016-cı ildən bu dövr üçün qiymətli metala tələbatın ən yüksək səviyyəsidir. Bu barədə Dünya Qızıl Şurası (WGC) məlumat yayıb.

Qızıla investisiya məqsədilə tələb birinci rübdə əvvəlki ilə nisbətən 170% artaraq 552 tona yüksəlib. Qiymətli metala investisiyalar əvvəlki rübdə 18.7 tonla müqayisədə 226 ton artıb. 2024-cü ilin birinci rübündə 113 ton qızıl sərmayəsinin xaricə axını qeydə alınıb. WGC-nin proqnozlarına görə, investorların qızıla tələbatı qarşıdakı aylarda da artmağa davam edəcək.

Nyu-Yorkun “Comex” birjasının məlumatına görə, dünən saat 17:00-da qızıl fyuçerslərinin qiyməti 0.6% azalaraq 1 troy unsiyası üçün 3 313,7 dollar təşkil edib. Aprelin 22-də qiymətli metalın dəyəri bir troya unsiyası üçün 3500 dolları keçərək tarixi rekorda imza atıb.

Son xəbərlər
Digər xəbərlər